“Sağlam gənclik, sağlam gələcək” mövzusunda forum keçirilib - FOTO

“Sağlam gənclik, sağlam gələcək” mövzusunda forum keçirilib - <span style="color: red;">FOTO
# 10 dekabr 2014 08:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakıda “Sağlam gənclik, sağlam gələcək” mövzusunda forum keçirilib. APA-nın məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında deyib ki, bu cür forumun keçirilməsi böyük önəm daşıyır: “Gənclərimizin sağlamlığını, müxtəlif neqativ hallardan profilaktikasını təmin etmək bütün cəmiyyətin əsas vəzifələrindən biridir. Düşünürəm ki, forum çərçivəsində gənclərin narkomaniya, QİÇS və digər neqativ hallardan profilaktikasının yolları müzakirə olunacaq”.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu gün ölkədə uğurlu gənclər siyasəti həyata keçirilir: “Hazırda ölkəmizdə aparılan sağlamlıqla bağlı tədbirlərin əsas təşkilatçıları elə məhz gənclər təşkilatlarıdır. Gənclərin pis vərdişlərdən yayındırılması və erkən nikahların qarşısının alması istiqamətində çox ciddi iş aparmalıyıq”.

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva isə qeyd edib ki, cəmiyyətin inkişafından irəli gələn məsələlərdən biri də gənclərin sağlamlığı ilə bağlı məsələlərdir: “Müəyyən zərərli maddələrin yayılma riski və bütün bunların cəmiyyətə vurduğu ziyanı görürük. Buna görə də gənclərin sağlamlığı üçün belə məsələlərlə mübarizə aparmalıyıq. Sağlam nəslin formalaşması bizim gələcəyimizin uğuru deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR