Bakıda taxta bazarında bədbəxt hadisə baş verib

Bakıda taxta bazarında bədbəxt hadisə baş verib
# 12 sentyabr 2014 10:12 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Füzuli rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bədbəxt hadisə sentyabrın 11-də Nərimanov rayonu Ziya Bünyadov prospektindəki taxta bazarında qeydə alınıb. Füzuli rayon sakini Yaqub Məlikov özünə məxsus "KamAZ" markalı avtomobildən taxta bağlamalarını açarkən ehtiyatsızlıqdan taxta üstünə düşüb və hadisə yerində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR