İranda 3,7 bal gücündə zəlzələ baş verib

İranda 3,7 bal gücündə zəlzələ baş verib
# 13 sentyabr 2014 02:55 (UTC +04:00)

Bakı-APA. İranın cənub-şərq bölgəsində, Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində 3,7 bal gücündə zəlzələ olub.

APA-nın İRNA agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 02:00:19-da qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR