Azərbaycan Gömrük Tarixi Muzeyinin eksponatları Budapeştdə nümayiş etdirilib
Komitədən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Macarıstanın Gömrük və Vergi Tarixi Muzeyində Macarıstan Dövlət Vergi və Gömrük Administrasiyasının Baş direktoru Karolu Szabo bildirib ki, yığıncağın keçirilməsi ÜGT-nin təsis edilməsinin 60-cı ildönümü ilə əlaqədardır və ÜGT ilə milli gömrük təşkilatları arasında əməkdaşlığın daha da genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Həmin gün Macarıstanın Gömrük və Vergi Tarixi Muzeyinin və eyni zamanda «Bizim Azərbaycan» sərgisinin təqdimatı keçirilib.
Azərbaycan nümayəndə heyətinin başçısı, «Azərterminalkompleks» Birliyinin direktoru Qambay Əliyev nümayiş etdirilən Azərbaycan ekspozisiyaları barədə məlumat verib. O qeyd edib ki, «Bizim Azərbaycan» adlanan sərgi Azərbaycan Gömrük Tarixi Muzeyi Filialının təxminən 500 eksponatdan ibarət «Qədim və Orta əsrlər» bölməsinin kiçik bir hissəsidir. Sərgidəki təqdimat 25 eksponatdan təşkil olunan çox qiymətli kolleksiyanı əhatə edir. Q.Əliyev sərginin məqsədinin tamaşaçılarda 2006-cı ildən etibarən fəaliyyət göstərən Azərbaycan Gömrük Tarixi Muzeyi, habelə Azərbaycanın zəngin mədəniyyəti və tarixi haqqında az da olsa, obyektiv təəssürat yaratmaq olduğunu söyləyib.
Sonra ÜGT-nin Regional Tədris Mərkəzində konfransın plenar iclası keçirilib. İlk olaraq müvəffəqiyyətlə nümayiş etdirilən sərgiyə görə Azərbaycan DGK-nın ünvanına minnətdarlıq ifadə olunub. ÜGT Baş katibinin müavini Sergio Muxitsa Montes çıxışında milli gömrük orqanlarının ÜGT ilə ikitərəfli əlaqələrində gömrük muzeylərinin rolundan bəhs edib. İclas zamanı milli gömrük muzeylərinin təqdimatı da keçirilib. Tədbirdə iştirak edən ölkələr içərisində yalnız Azərbaycanın Gömrük Tarixi Muzeyi Filialından bəhs edən sənədli filmin təqdimatı keçirilib.
Konfransın son günü ÜGT Baş katibinin müavini Sergio Muxitsa Montes yekun nitqi söyləyib və bildirib ki, gömrük muzeyləri təşkilatla bundan sonra da sıx əməkdaşlıq edəcəklər. Daha sonra Macarıstan Dövlət Vergi və Gömrük Administrasiyasının beynəlxalq münasibətlər şöbəsinin rəis müavini Qaboru Hoka çıxış edib və yalnız Azərbaycan nümayəndə heyətinə həm yüksək səviyyədə hazırlanmış sərgiyə, həm də Azərbaycanın Gömrük Tarixi Muzeyinin fəaliyyətindən ətraflı bəhs edən sənədli filmə görə xüsusi minnətdarlığını bildirib.
Konfransın sonunda bütün iştirakçılar tərəfindən gömrük irsinin gələcək nəsillər naminə qorunub saxlanması məqsədilə gömrük muzeyləri arasındakı əlaqələrin genişləndirilməsi imkanlarının öyrənilməsi və gələcək əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verilməsinə sadiqliklərini təsdiq etməklə bağlı Bəyannamə imzalanıb.
İnfrastruktur
Qanlı Göl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
ADY rəhbərliyi Gürcüstanda dəmir yolu daşımaları üzrə işlərlə tanış olub
Bakıda 537 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib
AZAL Bakı-İstanbul marşrutu üzrə bütün reyslərini İstanbul Beynəlxalq Hava Limanı ilə həyata keçirəcək
Xəbər Lenti
Deputat elm və media sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitin artırılması istəyir
Dövlət İdarəçilik Akademiyasının akkreditasiyadan keçməməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
Rusiya ordusu Kiyevdəki "Şimal" və "Cənub" körpülərini bombalayıb
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib
SEPAH ABŞ-ın Bəhreyndəki hərbi bazasında yerləşən radara zərbə endirib
Böyük Britaniya Cənubi Qafqazda sülh istiqamətində əldə olunmuş irəliləyişi alqışlayır
Türkiyə Müdafiə Nazirliyi Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib
Bakıda 576 ədəd pirotexniki vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb
Səfir: Böyük Britaniya-Azərbaycan Strateji Tərəfdaşlıq Bəyannaməsi real faydalar vəd edir
İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Naxçıvanda deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanılıb
PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub
İrəvanda Cənubi Qafqaz Dəmir Yolları üzrə Ermənistan-Rusiya işçi qrupunun ilk iclası keçirilir
Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olunub
Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət
Azərbaycanda qeyri-neft-qaz ixracatçılarına gömrük rəsmiləşdirilməsi xərclərinə görə 1 000 manatadək kompensasiya veriləcək
Ukrayna Krım körpüsünə "Flamingo" raketi ilə zərbə endirib, tağlardan biri uçub - YENİLƏNİB - VİDEO
Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər ölüb, 640 nəfər yaralanıb
Azərbaycan Müəllim İnkişafı Mərkəzi 1 000 müəllimin ixtisasartırmasının növbəti mərhələsinə başlayır
Yevlaxda maşın aşıb, ölən var
Vens İranla müharibənin əbədi olmayacağını bildirib
Bakıda avtomobil motosikletçini vuraraq öldürüb - FOTO
Bu ilin on ayında DSMF-nin xərcləri ötən ilin müvafiq dövrünə nisbətən 9,7% artıb
FHN uşaqların təhlükəsizliyi ilə bağlı müraciət edib
Krıma PUA hücumu olub, ölənlər var
UniDestin Təhsil Mərkəzindən ödənişsiz onlayn sınaq imtahanları
Rusiya FSB: Adıgey, Krasnodar və Xəzər dənizində terror aktlarının qarşısı alınıb, 4 nəfər tutulub, 2 nəfər öldürülüb
Uitkoff və Kuşner Berlində Ukrayna və Avropa rəsmiləri ilə görüşəcəklər
Nazir Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul edəcək
Zakir Həsənov hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edib
Oman və İran XİN başçıları dəniz marşrutlarının təhlükəsizliyini müzakirə ediblər
Şəmkir sakini qadını qətlə yetirib, daha sonra özünü öldürüb - FOTO - YENİLƏNİB-1
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
ABŞ-ın strateji neft ehtiyatları son 44 ilin ən aşağı səviyyəsinə düşüb
Azərbaycan nefti 98 dollara ticarət olunur
Astarada maşın 70 yaşlı kişini vuraraq öldürüb
Siyəzəndə yol qəzasında xəsarət alan şəxs ölüb
Əraqçi Omana səfər edib
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır
Türkiyədə polis “Sözcü” telekanalının binasında əməliyyat keçirib, saxlanılanlar var
“Brent” neftinin qiyməti 92 dollardan aşağı enib
"NYMEX" əmtəə birjasında təbii qazın ucuzlaşması davam edir
Hikmət Hacıyev Avropa İttifaqının yüksəkvəzifəli rəsmiləri ilə görüşüb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Şəmkirdə yaşayış evində 62 yaşlı kişinin meyiti tapılıb
Monqolustan Prezidenti istefa verdiyini açıqlayıb
Rusiya Kiyevdə körpülərə raket zərbələri endirib