Azərbaycanda atçılıq yarışı təşkil edən operatorlar Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək

Azərbaycanda atçılıq yarışı təşkil edən operatorlar Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəyəcək
# 04 iyun 2016 23:11 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaların”da dəyişiklik edib.

APA-nın məlumatına görə, Cıdır-şans (totalizator) oyunları – mülkiyyət formasından asılı olmayaraq, Azərbaycanda fəaliyyət göstərən bütün atçılıq yarışı meydanlarında bu Qaydalara uyğun olaraq, atların rəsmi sınağı ilə birgə keçirilən idman mərc oyunlarıdır.

Bu oyunlar atçılıq idman növünün inkişaf etdirilməsi üçün əlavə maliyyə vəsaitlərinin cəlb edilməsinə, atçılıq yarışı meydanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə və sahənin gəlirlə işləməsinə xidmət edən mərc sistemidir.

Cıdır-şans (totalizator) oyunları Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (bundan sonra – operator) vasitəsilə həyata keçirilir.

Dəyişikliyə əsasən bundan sonra operator idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin qurum tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR