İranda təbliğat kampaniyası başa çatıb

İranda təbliğat kampaniyası başa çatıb
# 18 may 2017 14:39 (UTC +04:00)

İran Daxili İşlər Nazirliyi cümə günü prezident seçkilərində rəqabət aparacaq namizədlərin yekun siyahısını elan edib.

APA-nın Tehran bürosunun məlumatına görə, seçkilərdə Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimitəba mübarizə aparacaq. Lakin Mustafa Mirsəlim İbrahim Rəisini, Mustafa Haşimitəba isə prezident Həsən Ruhanini dəstəklədiyini açıqlayıb.

Bu gün təbliğat üçün ayrılan vaxt başa çatıb. Təbliğat-təşviqat kampaniyasının son günündə 2 əsas namizəd – hazırkı prezident Həsən Ruhani və İbrahim Rəisi Məşhəd şəhərində öz tərəfdarları qarşısında çıxış ediblər. Seçki Qərargahının Təhlükəsizlik Komitəsi elan edib ki, seçkilərin təhlükəsizliyini könüllülər, polis və SEPAH həyata keçirəcək.

Xatırladaq ki, İranda növbəti prezident seçkiləri cümə günü keçiriləcək. Ölkə vətəndaşlarının 56 milyon 410 nəfəri səsvermə hüququna malikdir. Səsvermə 62 min səsvermə məntəqəsində baş tutacaq.

Mayın 19-da prezident seçkiləri ilə yanaşı, V dövr şəhər və kənd şuraları seçkiləri də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR