Əbülfəs Qarayev: “Yəhudilər Azərbaycanın ictimai-siyasi həyatında çox fəaldır”

Əbülfəs Qarayev: “Yəhudilər Azərbaycanın ictimai-siyasi həyatında çox fəaldır”
# 13 mart 2018 14:26 (UTC +04:00)

“Yəhudilər Azərbaycanın mədəni sahəsi ilə yanaşı, ictimai-siyasi həyatında da yaxından iştirak edirlər, fəaldırlar. Bu, Azərbaycandakı tolerantlığın nümunəsidir”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. O bildirib ki, bu, yalnız siyasi bir münasibət deyil, ölkədə yaşayan insanların bir-birinə münasibətidir: “Bizim ölkədə yaşayan hər bir xalqın ənənələri qorunur, qiymətləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR