NATO Norveçdə son 30 ilin ən irimiqyaslı təlimini keçirəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Körtis Skaparotti bəyan edib.
Onun sözlərinə görə, havada, quruda və dənizdə keçiriləcək təlimlərə beynəlxalq müşahidəçilər də dəvət ediləcək.