Bu gün Belçikanın paytaxtı Brüsseldə son yarım il ərzində ilk dəfə Rusiya-NATO Şurasının iclası keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, toplantıda Ukrayna, Minsk razılaşmaları və NATO-nun Avropadakı hərbi fəaliyyətində şəffaflığın təmin edilməsi məsələlərinin diqqət mərkəzində olacağı gözlənilir.
Bundan əvvəl Rusiya-NATO Şurasının daimi nümayəndələr səviyyəsində toplantısı 2017-ci il, oktyabrın 26-da baş tutub. Danışıqlarda Əfqanıstanda və Ukraynada vəziyyət, həmçinin Rusiya və Belarusun “Qərb – 2017” birgə təlimi daxil olmaqla, hərbi təlimlər müzakirə edilib.
Qeyd edək ki, Rusiya-NATO Şurası 2002-ci ildə Romada təsis edilib.