Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin ediləcək.
APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, iclas iyunun 25-də AŞPA-nın yay sessiyası çərçivəsində baş tutacaq.
Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü ilə hollandiyalı deputat Piter Omtzigt tərəfindən irəli sürülüb.
Məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.