Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin sayı 332 nəfərə çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 197 nəfərin itkin düşdüyü bildirilirdi.
Təbii fəlakət nəticəsində 120 nəfər həyatını itirib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb.
Hündürlüyü 3,7 km təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 km aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.