Goranboy sakini döyülərək ağır xəsarətlər alıb

Goranboy sakini döyülərək ağır xəsarətlər alıb
# 27 iyul 2017 12:57 (UTC +04:00)

Goranboy rayon sakini döyülüb.

APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Borsunlu kənd sakini, 1967-ci il təvəllüdlü Alıyev Elbrus Şamil oğlu bədənin müxtəlif hissələrinin kəsilmiş xəsarətləri ilə

Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta- ağır qiymətləndirilir.

E. Alıyev kənddə döyüldüyünü və xəsarətlər yetirildiyini deyib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR