Heydər Əliyev Sarayında Elza İbrahimovanın mahnılarından ibarət konsert keçirilib

Heydər Əliyev Sarayında Elza İbrahimovanın mahnılarından ibarət konsert keçirilib
# 29 noyabr 2017 07:06 (UTC +04:00)

Heydər Əliyev Sarayında bəstəkar, xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm" adlı konsert proqramı keçirilib. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konsertdə xalq artistləri Flora Kərimova, Ənvər Sadıqov, əməkdar artistlər İlqar Muradov, Aqşin Abdullayev, Lalə Məmmədova, Sevda Ələkbərzadə, tanınmış ifaçılar Ayaz Qasımov, Nadir Qafarzadə, Fuad Musayev, Zabitə Alıyeva, Samir Piriyev, Rövşən Əziz, Vüsalə Əsgərova, Aynur İsgəndərli, Çinarə Məlikzadə, Sərxan Bünyadzadə, Səbinə Ərəbli, Sevda Yəhyayeva, Kənan Qədimov, Orxan Babazadə, Nicat Cəfərzadə, Ayşən Mehdiyeva, Aytən Məhərrəmova və Çərbət Rzaquliyev iştirak ediblər.

Konsertdə müğənniləri Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, Tofiq Əhmədov adına Estrada-Simfonik orkestri və “Qaytağı” ansamblı müşaiyət ediblər.

Qeyd edək ki, APA İnformasiya Agentliyi, Lent.az, Vesti.az, APA TV konsertin informasiya dəstəkçisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR