Xaçmaz rayonunda intihar olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində baş verib.
Kənd sakini, 1970-ci il təvəllüdlü Babaverdiyev Rauf Mirabbas oğlu özünü asıb.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.