Musiqili Teatrda “Amerikalı kürəkən” komediyası təqdim olunacaq

Musiqili Teatrda “Amerikalı kürəkən” komediyası təqdim olunacaq
# 15 aprel 2016 13:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı aprelin 29-da Ramiz Mirişli və Marat Haqverdiyevin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını təqdim edəcək. Qurumun mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu-rejissoru xalq artisti İlham Namiq Kamaldır.

“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaiqf Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR