Maral Tahirqızının apellyasiya şikayəti təmin edilməyib

Maral Tahirqızının apellyasiya şikayəti təmin edilməyib
# 12 yanvar 2016 11:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müğənni Maral Tahirqızının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə M. Tahirqızının şikayətini təmin etməyib.

Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M. Tahirqızı 3 il müddətinə azadlıdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan M. Tahirqızı apellyasiya şikayəti verərək bəraət istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR