TQDK: Magistraturaya qəbul imtahanının nəticələri yaxın günlərdə elan ediləcək

TQDK: Magistraturaya qəbul imtahanının nəticələri yaxın günlərdə elan ediləcək
# 07 mart 2016 07:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Ali təhsilin magistratura səviyyəsinə keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələri yaxın günlərdə elan ediləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, imtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 41 binada keçirilib.


İmtahanda iştirak etmək üçün 24110 bakalavr sənəd verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanaraq 15:30-da başa çatıb. İmtahan prosesinin idarə olunması üçün komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub. Bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan mərkəzlərində normal imtahan şəraiti yaradılıb.

Bu gündən başlayaraq komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. Nəticələr elan olunduqdan sonra bakalavrlar imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR