Braziliya parlamenti ölkə başçısına qarşı impiçment proseduruna başlayıb

Braziliya parlamenti ölkə başçısına qarşı impiçment proseduruna başlayıb
# 02 dekabr 2015 22:38 (UTC +04:00)

Bakı-APA. Braziliya parlamenti prezident Dilma Ruseffə qarşı impiçment proseduruna başlayıb.

APA-nın The Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Braziliya parlamentinin aşağı palatasının sədri Eduardu Kunya bildirib.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən Rusefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Braziliyanın Hesablama Palatası ölkə prezidenti Dilma Russefin fəaliyyətində qanun pozuntusu aşkarlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR