MN: Ermənistan Silahlı Qüvvələrinin daha bir uzun müddətli atəş nöqtəsi məhv edilib, düşmən üç nəfər itki verib

MN: Ermənistan Silahlı Qüvvələrinin daha bir uzun müddətli atəş nöqtəsi məhv edilib, düşmən üç nəfər itki verib
# 14 dekabr 2015 14:50 (UTC +04:00)

Bakı - APA. Müxtəlif istiqamətlərdə əvvəlcədən müəyyən edilmiş koordinatlar üzrə erməni silahlı bölmələrinin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin uzun müddətli atəş nöqtəsi sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən canlı qüvvə sarıdan ən azı üç nəfər itki verib.

"Silahlı Qüvvələrimizin bölmələrinin fəaliyyəti nəticəsində qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı daha qətiyyətlə alınır", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR