Erməni silahlı bölmələri Tərtərin və Ağdamın yaşayış məntəqələrini atəşə tutub

Erməni silahlı bölmələri Tərtərin və Ağdamın yaşayış məntəqələrini atəşə tutub
# 02 aprel 2016 05:35 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı – APA. Bu gecə Ermənistan silahlı bölmələri cəbhənin Tərtər və Ağdam rayonu istiqamətində atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini atəşə tutub.

APA-nın Qarabağ müxbirinin məlumatına görə, düşmən iri çaplı pulemyot və ağır artilleriyadan istifadə edib.

Yerli sakinlərin dediklərinə görə, hadisə nəticəsində yaşayış evlərinə xeyli ziyan dəyib.

Belə ki, Ağdamın Baharlı qəsəbəsində yerləşən 73 və 199 nömrəli evlərin həyətinə mərmi düşüb, qonşuluqdakı 201 nömrəli evin isə dam örtüyü və həyətdəki digər tikilələr sıradan çıxarıb.

Kənd sakinləri arasında xəsarət alan olmayıb. Hazırda bölgədə vəziyyət ağır olaraq qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR