Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti keçiriləcək

Bakıda növbəti Avropa-Azərbaycan Biznes Sammiti keçiriləcək
# 28 mart 2016 15:23 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin mayın 18-də Bakıda II Avropa-Azərbaycan Biznes Sammiti baş tutacaq.

"APA-Economics" "East Invest" nəşrinə istinadən xəbər verir ki, bu dəfə tədbirdə üç prioritet sahəyə diqqət yetiriləcək. Bunlar kənd təsərrüfatı və qida sənayesi, nəqliyyat və logistika, turizm. Sammitdə qeyd edilən sahələrə əlavə investisiyaların cəlb olunması müzakirə olunacaq.

Təbdir çərçivəsində dəyirmi masaların, seminarların və "business-to-business" (B2B) formatında görüşlərin keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR