Bağdadda törədilən partlayışlarda 22 nəfər ölüb

Bağdadda törədilən partlayışlarda 22 nəfər ölüb
# 09 iyun 2016 11:52 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İraqın paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində 22 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, birinci partlayış Bağdadın şərqində yerləşən ticarət obyektlərinin yerləşdiyi məhəllədə törədilib. Polisin məlumatına görə, yol kənarına quraşdırılmış partlayıcının işə salınması nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Birinci partlayışla təxminən eyni vaxtda terrorçu-kamikadzenin idarə etdiyi avtomobilin hərbi hissə yaxınlığında partladılması nəticəsində isə 7 hərbçi ölüb, 20-dən çox hərbçi isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR