Akif Əlizadə: “Metsamorla bağlı problemin həllinin vaxtı çatıb”

Akif Əlizadə: “Metsamorla bağlı problemin həllinin vaxtı çatıb”
# 30 sentyabr 2016 09:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Regionda yerləşən Metsamor Atom Elektrik Stansiyasının yarasız halda olması bizi narahat edir. Mətbuatda kifayət qədər siyasətçilərin, mütəxəssislərin çıxışlarında bu problemə yer ayrılır. Ona görə də düşünürük ki, Metsamorla bağlı mövcud problemin həllinin vaxtı çatıb".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində keçirilən "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. A. Əlizadə deyib ki, 20 il öncə BMT-nin Baş Assambleyasının 50-ci sessiyasında qəbul edilən nüvə sınaqlarının qadağan edilməsinə dair qərarın icrasına ehtiyac var.

A.Əlizadə qeyd edib ki, Bakı Beynəlxalq Humanitar Forumunda bir çox tanınmış siyasətçilər, mütəxəssislər, alimlər, jurnalistlər iştirak edir. Forum çərçivəsində nüvə texnologiyaları, alternativ enerji mənbələri, radiasiya, biotexnologiya məsələləri geniş müzakirə olunmalı, qarşılıqlı fikir mübadiləsi aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR