Ombudsman “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsini təklif edir

Ombudsman “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsini təklif edir
# 26 fevral 2016 10:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Uşaq hüquqları ilə bağlı 550 Ombudsman müraciət daxil olub. "Qaynar xətt"ə daxil olan 122 zənglə bağlı dərhal tədbirlər görülüb, zəruri hallarda yerində araşdırmalar aparılıb”.

APA-nın xəbərinə görə, bu barədə Ombudsmanın illik hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, ana və uşaq ölümləri, cərrahi göstəriş olmadan qeysəriyyə əməliyyatlarının aparılması ciddi narahatlıq doğurur və bununla bağlı zəruri tədbirlərin görülməsi zəruridir: “Cinsi selektiv abortların olması və bunun nəticəsində doğulan uşaqların cins nisbətinin pozulması narahatlıq doğurur. Problemin həlli məqsədilə təcili zəruri tədbirlər həyata keçirilməli, ailə planlaşdırılması ilə bağlı maarifləndirmə işləri gücləndirilməlidir. Milli Məclisdə müzakirə olunan “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi isə bu sahədə mövcud problemlərinin həllində yardımçı olacaq. Eyni zamanda, erkən nikah halları problem olaraq qalmaqdadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR