Bakı. Hafiz Heydərov – APA. Ağdamda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-də Ağdam rayonunun Əfətli kəndində kənd sakinləri Fərhad İsmayılova və Habil Əliyevə məxsus mağazalardan geyim əşyaları oğurlanıb.
Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakinləri İsmayıl Nadirov, Qumru Nadirova, Gülnaz Seyidova və Sona Nadirova tutulublar.