Manat avroya qarşı möhkəmlənib

Manat avroya qarşı möhkəmlənib
# 04 avqust 2016 07:28 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 3-ü ilə müqayisədə 0,2% möhkəmlənərək 1,5947 manat təşkil edib.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,4% zəifləyərək 1,7775 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,84% bahalaşaraq 0,0240 manat səviyyəsinə yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,53% zəifləyərək 0,5286 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1254 manatdır. Beləliklə, funt sterlinq 0,23%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi də 0,16% artaraq 0,6783 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR