Bakıda qardaş bacısını bıçaqlayıb

Bakıda qardaş bacısını bıçaqlayıb
# 20 iyul 2016 09:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qardaş bacısını bıçaqlayıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.

R.Əhmədov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR