Yunanıstanın XİN rəhbəri: "TAP Azərbaycandan qazı Qərbi Avropaya çatdırılmasını təmin edə biləcək layihədir"

Yunanıstanın XİN rəhbəri: "TAP Azərbaycandan qazı Qərbi Avropaya çatdırılmasını təmin edə biləcək layihədir"
# 02 fevral 2016 19:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Yunanıstan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək niyyətindədir”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib.

Dünyanın aktual problemlərinə toxunan Yunanıstanın XİN rəhbəri ölkəsinin çətin coğrafi mövqedə yerləşdiyini qeyd edib: “Qaçqın məsələsi ən böyük problemlərdən biridir. Yunan adalarına təxminən 1 milyon qaçqın gəlib. Biz Ukrayna ilə bağlı Minsk formatını dəstəkləyirik. Yunanıstan, həmçinin, İranın nüvə proqramı ilə bağlı təşəbbüsləri də dəstəkləyir”.

Nikos Kotzias Azərbaycan və Yunanıstanın beynəlxalq hüquq normalarının icrasını dəstəklədiyini qeyd edib: “Bizim ölkələr nəinki siyasi, həm də enerji baxımından bir-birinə bağlıdır. TAP Azərbaycandan qazı Qərbi Avropaya çatdırılmasını təmin edə biləcək layihədir. Bu bizim ən ciddi addımlarımızdan biridir. Ümid edirəm ki, bir-iki ilə Azərbaycan qazını Avropada istehlak edəcəyik. Mədəniyyət və təhsil sahəsində də əməkdaşlığımızı müzakirə edirik. Yunanıstan Azərbaycanın Avropa ölkələrində ən böyük dostlarından biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR