"Azər Türk Bank" qanvermə aksiyası keçirəcək

"Azər Türk Bank" qanvermə aksiyası keçirəcək
# 05 aprel 2016 09:17 (UTC +04:00)

Bakı - APA-Economics. "Azər Türk Bank" Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin müalicəsinə yardım məqsədilə qanvermə aksiyası keçirəcək.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, aksiya bankın Bakı şəhəri, C. Məmmədquluzadə küç. 85; 192/193 ünvanında yerləşən baş ofisində təşkil olunacaq. Bank əməkdaşları yaralanmış hərbi qulluqçularımızın müalicəsinə kömək məqsədilə qan verməklə ordumuza dəstək nümayiş etdirəcək.

"Azər Türk Bank" döyüşlərdə şəhid olmuş bütün hərbçilərimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı döyüşçülərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR