Təyyarə böhranından sonra Rusiyanı tərk edən Türkiyə vətəndaşlarının sayı açıqlanıb

Təyyarə böhranından sonra Rusiyanı tərk edən Türkiyə vətəndaşlarının sayı açıqlanıb
# 19 yanvar 2016 13:48 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iki ölkə arasında yaşanan təyyarə böhranından sonra viza rejiminin tətbiq edilməsi Rusiyada yaşayan Türkiyə vətəndaşlarının sayının azalmasına səbəb olub.

Təyyarə böhranından sonra Rusiyanı 10 minə yaxın Türkiyə vətəndaşı tərk edib. Hazırda Rusiyada olan Türkiyə vətəndaşlarının sayı isə 77 min nəfərdir.

Rusiya Federal Miqrasiya Xidmətinin 2016-cı il 12 yanvar tarixinə olan məlumatına əsasən Rusiyada Türkiyə vətəndaşı 69 min 309 kişi və 8 min 66 qadın yaşayır. Bu rəqəmi keçən ilin noyabr ayına qədər Rusiyada olan Türkiyə vətəndaşlarının sayı ilə müqayisə etdikdə 9 min 400 Türkiyə vətəndaşını Rusiyanı tərk etdiyi ortaya çıxır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR