Şəmkirdə toyda bıçaqlananların kimliyi məlum olub - YENİLƏNİB

Şəmkirdə toyda bıçaqlananların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 03 oktyabr 2016 21:46 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə toyda bıçaqlananların kimliyi məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhərində şadlıq sarayında keçirilən şənlik zamanı gəlinin atası, Şəmkir şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Qasımov və gəlinin bibisi yoldaşı 1957-ci il təvəllüdlü Etibar Məmmədhəsənov bıçaqlanb.

Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralılar Şəmkir rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər.Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Şəmkir rayon Polis Şöbəsində cinayti törədən şəxsin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

***

22:44

Şəmkir. Azər Məmmədli –APA. Şəmkirdə toyda dava zamanı iki nəfər bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində yerləşən şadlıq saraylarının birində baş verib.

Kütləvi dava zamanı iki nəfər bıçaqlanaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaralıların şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR