Lənkəranda 24 yaşlı oğlan bıçaqlanıb

Lənkəranda 24 yaşlı oğlan bıçaqlanıb
# 30 noyabr 2015 14:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) qəbul şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, bu gün saat 16.00 radələrində şəhərin Qala Xiyabanı, bina 28, mənzil 21 ünvanında yaşayan 24 yaşlı Ümid Nazim oğlu Məmmədov taksi ilə xəstəxanaya gələrək naməlum şəraitdə bıçaqlandığını deyib. Sol budunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə dərhal MRX-nin cərrahiyə şöbəsinə yerləşdirilmiş Ü.Məmmədovun üzərində müvafiq cərrahi tədbirlər tətbiq olunub, yarası tikilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, zərərçəkmişə xəsarət yetirmiş şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR