Hikmət Hacıyev: "XİN sözçüsü kimi "Reuters"ə atəşkəslə bağlı təkzib açıqlaması verməmişəm"

Hikmət Hacıyev: "XİN sözçüsü kimi "Reuters"ə atəşkəslə bağlı təkzib açıqlaması verməmişəm"
# 05 aprel 2016 15:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Azərbaycan Xarici İşlər Nazirliyi “Reuters” xəbər agentliyinin atəşkəs barədə Azərbaycan XİN-ə istinadən verdiyi məlumatı təkzib edib.

XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, XİN-in sözçüsü kimi o, “Reuters”ə heç bir açıqlama verməyib: “”Reuters” kimi ciddi təşkilat tərəfindən belə bir məsuliyyətsiz xəbərin yayılması düzgün deyil”.

Qeyd edək ki, “Reuters” Dağlıq Qarabağda atəşkəs elan olunmasına rəy öyrənmək üçün Azərbaycan XİN-in mətbuat xidmətinə müraciət etdiyini və nazirlikdən xəbərin təkzib olunduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR