Gəncədə avtomobil aşıb

Gəncədə avtomobil aşıb
# 08 iyun 2016 12:17 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində yük avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsinə gedən yolda qeydə alınıb. Şəmkir rayon sakini Mahal Hüseynov idarə etdiyi “QAZel” markalı avtomobillə hərəkətdə olarkən “VAZ-21015” markalı avtomobillə toqquşub. Qəza zamanı yük avtomobili yolun kənarına aşıb, “VAZ-21015” isə yüngül zədələnib. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Gəncə şəhər Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR