Ağdamda borcu olan iaşə obyektlərinə enerji verilişi dayandırılıb

Ağdamda borcu olan iaşə obyektlərinə enerji verilişi dayandırılıb
# 13 yanvar 2016 13:31 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı - APA. Ağdamda borclu obyektlərə elektrik enerjisinin verilişində fasilə yaranıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, “Azərenerji” rayonun Quzanlı qəsabəsində 30-dan çox iaşə obyektinə aylıq qrafik üzrə borclarını ödəməməsi səbəbdən enerji verilməsini dayandırıb.

“Ağdam Paylayıcı Elektrik Şəbəkəsi”ndən bildirilib ki, quruma müraciət edən abonentlər nağd şəkildə pulunu ödəyə bilmirsə, onlara “razılaşma protokolu” imzalamaq təklif edilir. Protokolu imzalayan sahibkar ümumi borcunu 6 ay müddətinə ödəyə bilər.

Qurumdan verilən məlumata görə, elektrik enerjisindən sayğacdan kənar istifadə edənlər cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR