Qaradağ rayonunda vaqon yanıb

Qaradağ rayonunda vaqon yanıb
# 02 mart 2016 05:59 (UTC +04:00)

Bakı-APA. Bu gecə Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan dəmir vaqonun taxta üzlüyü, içərisinə yığılmış köhnə əşyaları və ona bitişik ümumi sahəsi 50 kv.m olan taxta konstruksiyasından ibarət talvar yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR