Dənizkənarı Milli Parkda Yaponiyanın nadir ağac əkilib

Dənizkənarı Milli Parkda Yaponiyanın nadir ağac əkilib
# 11 avqust 2016 10:51 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Dənizkənarı Milli Parkda Yaponiyanın uzunömürlü və nadir bitkisi olan "Ginka biloba" ağacının əkilməsi mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasim Bakı Avropa Liseyi tərəfindən təşkil olunub.

Mərasimdə liseyin, Dənizkənarı Bulvar İdarəsinin, ADA Universitetinin, təhsil və xarici işlər nazirliklərinin, habelə Yaponiya səfirliyinin nümayəndələri iştirak ediblər. Ağac Azərbaycana Yaponiya tərəfindən hədiyyə olunub. Ağacı Bakı Avropa Liseyinin şagirdləri əkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR