Bakıda yararsız kolbasa satışı ilə məşğul olan şəxslər saxlanılıb

Bakıda yararsız kolbasa satışı ilə məşğul olan şəxslər saxlanılıb
# 09 yanvar 2016 13:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanın daxili işlər orqanları tərəfindən insan orqanizminə ciddi zərər vuran, istifadəyə yararsız və müddəti bitmiş yeyinti məhsullarının satışının qarşısının alınması sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində keyfiyyətsiz yeyinti məhsullarının satılması barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - “Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.

Faktla bağlı toplanmış material prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR