ARDNF-nin aktivlərini idarə edən bankın mənfəəti 98% azalıb

ARDNF-nin aktivlərini idarə edən bankın mənfəəti 98% azalıb
# 27 iyul 2016 12:23 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərini idarə edən "Deutsche Bank"ın mənfəəti ötən illə müqayisədə bu ilin ikinci yarısında 98% azalaraq 20 mln. avro (22 mln. dollar) təşkil edib.

"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, vergilər ödənilənədək bankın mənfəəti isə 408 mln. avro təşkil edib.

Alman bankının gəlirləri hesabat dövründə 20% azalaraq 7,4 mlrd. avro olub.

Bankın rəhbəri Con Krayan qeyd edib ki, “Deutsche Bank”ın göstəriciləri bankın restrukturizasiya prosesində olduğunu göstərir. Onun sözlərinə görə, gələcəkdə investisiya və infrastrukturun yenilənməsi imkanları üçün bank riskləri azaltmaqda davam etdirib. “Əgər mövcud zəif iqtisadi vəziyyət uzun müddət davam etsə, restrukturizasiyanı sürətləndirməli olacağıq”, - deyə C. Krayan bildirib.

Qeyd edək ki, "Deutsche Bank Advisors" ARDNF-nin aktivlərinin təxminən 100 mln. dollarından artıq hissəsini idarə edir. Ümumilikdə, 2015-ci ilin dekabr ayının nəticələrinə əsasən investisiya portfelinin 7,1%-i xarici menecerlər tərəfindən idarə edilir. ARDNF-dən bildirlir ki, vəsaitlərin idarə olunmasında xarici menecerlərin xidmətlərindən istifadə edilməsi onların müvafiq sahələrdəki bilik və bacarıqlarından faydalanmaq, eləcə də qabaqcıl dünya təcrübəsinin daxili idarəetmədə olan portfelə tətbiqi nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb edir.

31 dekabr 2015-ci il tarixinə fond maliyyə təşkilatları ilə ("xarici menecerlərlə") aktivlərin idarə edilməsi haqqında razılaşmalara əsasən 3 mln. 708,059 min manat (2 mln. 377,875 min dollar) məbləğində vəsait, o cümlədən pul vəsaitləri və onların ekvivalentlərini saxlayıb. 2013-cü, 2014-cü və 2015-ci illər ərzində fondun xarici menecerləri kimi "Deutsche Bank AG", Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı Qrupu), "State Street Global Advisors" və UBS çıxış ediblər.

RUS - http://www.vestifinance.ru/articles/73363

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR