Şəhid hərbçilərin təltif edildikləri medallar Bərdədə ailələrinə təqdim olunub

Şəhid hərbçilərin təltif edildikləri medallar Bərdədə ailələrinə təqdim olunub
# 13 may 2016 15:03 (UTC +04:00)

Bərdə. Ziya Əmirxanlı - APA. Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan hərbçilərinin təltif edildikləri medallar Bərdə rayonunda ailələrinə təqdim olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bu gün bu münasibətlə Bərdə şəhər mərkəzi meydanında mərasim keçirilib. Mərasimdə şəhidlərin ailə üzvləri, rayon İcra Hakimiyyəti rəsmiləri, Müdafiə Nazirliyinin əməkdaşları, hərbiçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bərdə rayonunda anadan olmuş hərbçi Musayev Səbuhi Rəfail oğlunun təltif edildiyi “İgidliyə görə” medalı 6 yaşlı oğlu Fərid Musayevə təqdim olunub.

Bərədə doğulmuş digər hərbi qulluqçu Ziya Həsənovun təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin atası Niyazi Həsənova təqdim edilib.

Qeyd edək ki, müddətdən artıq hərbi xidmət keçən Səbuhi Musayev aprel ayında Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə, baş leytenant Ziya Həsənov isə Lələtəpə yüksəkliyi uğurunda gedən döyüşlərdə şəhid olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR