Pentaqon İŞİD-in daha 3 liderinin məhv edilməsi barədə məlumat yayıb

Pentaqon İŞİD-in daha 3 liderinin məhv edilməsi barədə məlumat yayıb
# 10 dekabr 2015 18:56 (UTC +04:00)

Bakı-APA. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Stiv Uorren Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçirdiyi əməliyyat zamanı İŞİD-in daha 3 liderinin məhv edildiyini bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

Stiv Uorrenin sözlərinə görə, hava zərbələri nəticəsində İŞİD-in “maliyyə naziri” Əbu Salah və daha iki lideri məhv edilib.

Bundan əvvəl Pentaqon İŞİD-in Liviyadakı qolunun lideri Əbu Nabilin məhv edildiyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR