Nazir müavini: "Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir"

Nazir müavini: "Büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir"
# 06 aprel 2016 09:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Bu ilin I rübündə Vergilər Nazirliyi dövlət büdcəsinin icrası ilə bağlı t proqnoz tapşırığa 101,4% əməl edib".

"APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü" çərçivəsində vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavininin sözlərinə görə, büdcənin gəlir hissəsinin təmin olunmasında qeyri-neft sektorunun payı yüksəkdir: "Bu ilin 3 ayında qeyri-neft sektorundan daxilolmaların payı 78,5% təşkil edib. Yalnız 22,5%-i neft sektorundan daxilolmaların payına düşüb".

S. Ələkbərov əlavə edib ki, proqnozlara görə, bu ilin sonuna neft sektorundan daxilolmalar cəmi 23% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR