Quba sakini "Facebook"da intihar edəcəyini yazdıqdan sonra özünü asıb

Quba sakini "Facebook"da intihar edəcəyini yazdıqdan sonra özünü asıb
# 19 avqust 2016 07:41 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Quba rayon sakini intihar edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xaltan kənd sakini, 1961-ci il təvəllüdlü Bayram Seyidov özünü yaşadığı evdə asıb. İntiharın səbəbləri məlum deyil.

İntihar etməzdən öncə o bu barədə "Facebook" səhifəsində yazıb.

Uzun müddət müəllim işləmiş B. Seyidov təqaüddə olub.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR