DSMF-də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

DSMF-də 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
# 18 yanvar 2016 14:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlanan tədbirdə çıxış edən DSMF sədri Elman Mehdiyev 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb: “26 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib.”

E.Mehdiyev Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra, 1994-cü ildə Qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda, faciənin günahkarlarının adları açıq şəkildə göstərilib.

20 Yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayan E.Mehdiyev deyib ki, ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı ilin 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, “20 Yanvar şəhidi” fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xüsusi nəzarətə götürülüb. Eyni zamanda, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib.

Anım mərasimi 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR