Gürcüstan Kilsəsinin əsas məbədində yanğın lokallaşdırılıb - YENİLƏNİB

Gürcüstan Kilsəsinin əsas məbədində yanğın lokallaşdırılıb - <span style="color: red;">YENİLƏNİB
# 20 mart 2016 15:59 (UTC +04:00)

Bakı-APA. Gürcüstan Kilsəsinin əsas məbədi olan Tbilisidəki Tsminda Samebada (Müqəddəs Üçlük) yanğın lokallaşdırılıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində işləri davam etdirirlər.

Yanğın aşağı mərtəbədə yerləşən mətbəədə baş verib. Məbəddə çalışanlar bildiriblər ki, yanğın baş verən zaman insanlar dərhal evakuasiya edilib. Yanğının səbəbi hələ də məlum deyil.

***

saat 16:53

Bakı-APA. Bu gün Gürcüstan Kilsəsinin əsas məbədi olan Tbilisidəki Tsminda Samebada (Müqəddəs Üçlük) yanğın baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ondan çox yanğın briqadası məbəddə yanğının söndürülməsinə cəlb olunub.

Yanğın aşağı mərtəbədən başlayıb. Yanğın zamanı xəsarət alan olmayıb, məbəddəki insanlar evakuasiya edilib. Yanğının söndürülməsi, lokallaşdırılması istiqamətində işlər davam etdirilir. Qatı tüstü xilasedicilərin işini çətinləşdirir. Yanğının dəqiq səbəbi hələ məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR