Bakıda təkər təmiri sexində yanğın olub

Bakıda təkər təmiri sexində yanğın olub
# 09 noyabr 2015 18:54 (UTC +04:00)

Bakı-APA. Bakıda təkər təmiri sexində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Xətai rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan təkər təmiri sexində baş verib. Nəticədə markası məlum olmayan 1 ədəd balanslaşdırma qurğusu yanıb. Təmir sexi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR