Moskvada xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunacaq

Moskvada xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunacaq
# 22 oktyabr 2015 08:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 29-da Moskvada xalq şairi Fikrət Qocanın 80 illik yubileyi qeyd olunacaq. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Yazıçılar Birliyinin Moskva bölməsinin təşkilatçılığı ilə baş tutacaq.

Mərkəzi Yazıçılar Evində keçiriləcək yubiley mərasimində xalq yazıçısı Anar, Moskva Yazıçılar Birliyinin sədri, eləcə də Rusiyanın tanınmış qələm adamları iştirak edəcəklər.

Tədbirdə xalq artistləri Mələkxanım Əyyubova və Azər Zeynalov xalq şairinin sözlərinə yazılmış mahnıları ifa edəcəklər, əməkdar artist Ağalar Bayramov Fikrət Qocanın şeirlərindən seçmələr söyləyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR