Ermənilər Ağdamın kəndini atəşə tutub, üç ev dağılıb, yaralı var - YENİLƏNİB

Ermənilər Ağdamın kəndini atəşə tutub, üç ev dağılıb, yaralı var - <span style="color: red;">YENİLƏNİB
# 04 aprel 2016 19:15 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı -APA. Erməni silahlı qüvvələri Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutub.

APA-nın Qarabağ bürosunun əməkdaşının verdiyi xəbərə görə, atəş nəticəsində kənd sakinlərindən Bəxtiyar Bəhmən oğlu İbrahimovun evi tamamilə yanıb.

Kənd sakini Bəylər Köçəri oğlu Əkbərov və Ədalət Kamran oğlu Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər isə dağılıb.

Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nayihəsindən yaralanıb. P. Məhərrəmli Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR