Bakıda 5, bəzi rayonlarda 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

Bakıda 5, bəzi rayonlarda 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq
# 02 yanvar 2016 09:53 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Yanvarın 3-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı olacağı, qar yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentindən APA-ya verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi səhər və gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 3-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Bakıda gecə 3-5 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan xeyli yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında fasilələrlə yağıntılı olacağı, qar yağacağı, duman olacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR