Samuxda evi qarət edib, ev sahibini öldürüblər

Samuxda evi qarət edib, ev sahibini öldürüblər
# 18 dekabr 2015 17:54 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda evi qarət olunan qadın öldürülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Samux şəhərində qeydə alınıb.

Rayon sakini, 1952-ci il təvəllüdlü Lütfiyyə İsmayılovaya məxsus evdə yanğın olub. Əraziyə dərhal Samux Yanğından mühafizə hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov söndürüldükdən sonra içəridə ev sahibinin meyiti aşkarlanıb. İlkin ehtimala görə ev qarət olunduqdan sonra L. İsmayılovanın əllərini bağlayıb bıçaqla qətlə yetiriblər. İzi itirmək üçün isə ev yandırılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR